Moskva artıq proseslərdən uzaqlaşdırılır?- “Bu dəfəki vasitəçilik də heç bir effekt verməyəcək”- Qabil Hüseynli ŞƏRH EDİRbackend

Moskva artıq proseslərdən uzaqlaşdırılır?– “Bu dəfəki vasitəçilik də heç bir effekt verməyəcək”- Qabil Hüseynli ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların əleyhinə deyil. O, həmçinin Rusiyanın proseslərə yardım etməyə hazır olduğunu söyləyib.

Maraqlıdır, hadisələrin gedişatı fonunda Moskvanın bu dəfəki vasitəçiliyi nə vəd edir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Editor.az-a açıqlamasında Moskvanın bu dəfə də danışıqlarda səmimi olacağına və tərəfsiz vasitəçi qismində çıxış edəcəyini gözləmədiyini bildirib:

“Rusiya beynəlxalq münasibətlərdən təcrid edildiyi kimi Cənubi Qafqazdakı proseslərdən də uzaqlaşdırılma ərəfəsindədir. Nə qədər ora bura vurnuxsa da onun bölgədə öz strateji maraqları naminə vasitəçilik səyləri ciddi qarşılanmayacaq. Bu nöqteyi-nəzərindən Moskvanın yenidən Azərbaycan və Ermənistan siyasi rəhbərliyini danışıqlara dəvət etməsi hələ ki, insanı gərgin düşüncələrə qərq edir. Çünki bununla bağlı indiyə qədər Kremlin yeritdiyi siyasi xətt həm obyektiv və tərəfsiz deyil, həm də Azərbaycanın maraqlarına ziddir. Buna görə də Rusiyanın bir-biri ilə ziddiyyət təşkil edən addımları ümumi işin xeyrinə olmayacaq”.

//Gülnarə Abasova, Editor.az