Moskva Azərbaycana qarşı yeni ssenarilər hazırlayır: “Antiterror əməliyyatları başlayacaqsa, Türkiyə də…”backend

Moskva Azərbaycana qarşı yeni ssenarilər hazırlayır: “Antiterror əməliyyatları başlayacaqsa, Türkiyə də…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində atəşkəsi mütəmadi pozması və hücum planı əsasən, strateji yüksəklikləri ələ keçirib delimitasiya prosesində mövqeyini gücləndirməkdən ibarətdir. Hazırda danışıqlar prosesi İrəvan tərəfindən pozulub və heç bir müsbət nəticə ortada yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın danışıqlar prosesində vasitəçiliyindən və danışıqlar normal aparılacaqsa, Moskvanın Ermənistanda siyasi mövqelərinin gücləndirməsinə gətirib çıxaracağından çəkinir.:

“Rusiya da Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsində maraqlı deyil.Təbii ki, baş verənlər situasiyanı gərginləşdirir. Azərbaycanda və Ermənistanda dövlət sərhədində Rusiya silahlı qüvvələrinin olmasında maraqlı deyil. Ona görə də hazırda Azərbaycanın strateji yüksəkliklərdə möhkəmlənməsi və erməni ordusunu buradan çıxarması fonunda İrəvanın Rusiyaya müraciət etməməsi buna əsaslanır. Çünki, ilk növbədə bu ərazilər Azərbaycana aiddir və Rusiya hərbiçilərinin yerləşməsi isə N. Paşinyanın maraqlarına uyğun deyil. Əgər, Ermənistan tərəfi Azərbaycanla danışıqlara getməsə, nəqliyyat yolları açılmasa, Azərbaycanın güc tətbiq etməsi də istisna deyil”.

Siyasi analitik vurğulayıb ki, Ermənistan tərəfi çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək avtomobil yolu Rusiyanın nəzarətində olmasın:

“Bu, Azərbaycanın da maraqlarına cavab verir. Amma, daxili siyasi vəziyyətə görə buna getmir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ermənilərin fəaliyyətinə gəldikdə isə Moskva burada əsasən, Azərbaycana qarşı yeni ssenarilər hazırlayır. Bu, əsasən terror-təxirbat və diversiya fəaliyyəti ola bilər. Ona görə də Azərbaycan ciddi şəkildə antiterror əməliyyatlarına başlamalıdır. Əgər antiterror əməliyyatları başlayacaqsa, Türkiyə də bu prosesdə iştirak edəcək. Çünki “Şuşa Bəyannaməsi” Türkiyənin birbaşa Azərbaycana hərbi kömək göstərməsini labüd edir. Ümumiyyətlə, baş verənlər vəziyyəti gəginləşdirsə də proseslər Azərbaycanın leyhinə olacaq”.

//Gülnarə Abasova, Editor.az