İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşulmaq qərarına gəlib. Bundan sonra Moskva Birjası İsveçrə frankı ilə ticarəti dayandırmaq qərarına gəlib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Moskva birjası verib. İsveçrə frankı ilə əməliyyatların dayandırılmasına səbəb kimi bazar iştirakçılarının və maliyyə sektorunun klirinqdə üzləşdiyi çətinliklər göstərilib.
//Nəzərbəy Hacıağayev, Editor.az

