Moskva da Bakı və Ankaranın təklifinin əleyhinə deyil – İrəvan Kreml qarşısında hesabat verməlidirbackend

Moskva da Bakı və Ankaranın təklifinin əleyhinə deyil – İrəvan Kreml qarşısında hesabat verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə prezidentləri Bakıda keçirdikləri son ortaq mətbuat konfransında müharibədən sonra bölgədə “altılıq formatı”nın (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) yaradıla biləcəyini söylədilər. İran xarici işlər naziri Bakıda olarkən Tehranın bu formata tərəfdar olduğunu söylədi. Gürcüstan prezidenti də son açıqlamalarının birində “altılıq formatı”na maraq göstərdiklərini dedi”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politiloq Elxan Şahinoğlu deyib.

Politoloq Rusiya və İran xarici işlər nazirlərinin bugünki Moskva görüşündə Lavrovun səsləndirdiyi fikirləri belə şərh edib:

“Rusiyanın xarici işlər naziri bu gün iranlı həmkarı ilə Moskvada görüşündə bunları deyib: “İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır: “üç Qafqaz respublikasının Rusiya, İran və Türkiyənin iştirakı ilə, yeni reallıqları – müharibənin olmamasını və bütün blokadaların aradan qaldırılması barədə razılığın əldə edildiyini nəzərə alaraq yeni münasibətlər qurması barədə təşəbbüslər səsləndirirlir”. Başqa sözlə, Moskva da Bakı və Ankaranın təklif etdiyi “altılıq formatı”nın əleyhinə deyil”.

E.Şahinoğlu Ermənistanın müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşadığını qeyd edib:

“Bircə Ermənistan nala-mıxa vurur. Ermənistan müharibədə məğlubiyyətinin həzmetmə dövrünü yaşayır, başlarını itiriblər, ona görə regional əməkdaşlıqdan danışmağa halları yoxdur. Halları olmasa da, 11 yanvarda Moskvada əldə edilən razılaşmaya görə, İrəvan Bakı ilə kommunikasiya xətlərinin açılması müzakirələrinə başlamalıdırlar. Çünki martın 1-ə qədər konkret plan liderlərin masası üzərində olmalıdır. İrəvan məsələni uzaqbaşı bir-iki ay gecikdirə bilər, sonra Moskva qarşısında hesabat verməlidir. Dağlıq Qarabağın statusu Azərbaycanı maraqlandırmadığı kimi Rusiyanı da maraqlandırmır. 6 ölkədən 5-i regional əməkdaşlığa başlanmasını gözləyir”.

//Yenisabah.az