Moskva Dövlət Universitetinin Avropadakı yeganə filialı bağlanırbackend

Moskva Dövlət Universitetinin Avropadakı yeganə filialı bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi Moskva Dövlət Universitetinin (MDU) yeganə Avropa filialının bağlandığını elan edib.

Editor.az xəbər verir ki, bu barədə normativ hüquqi aktların rəsmi portalında hökumətin qərarında deyilir. Bildirilib ki, filial 2017-ci ildən Sloveniyanın Koper şəhərində fəaliyyət göstərir. Bina Koperin tarixi mərkəzində, Josip Broz Tito meydanında Primorska Universitetinin yanında yerləşir.

Xatırladaq ki, bundan əvvəl ukraynalı tələbə Sergey Qulko Ukrayna Silahlı Qüvvələri üçün pul toplamaq cəhdinə görə Moskva Dövlət Universitetindən qovulmuşdu. Qulko xarici vətəndaş kimi ödənişli təhsil alıb. Universitetdə gəncin akademik göstəriciləri ilə bağlı heç bir şikayət olmayıb. Ukraynalı tələbənin öz siyasi və ideoloji əqidəsini universitetin divarları arasında açıq şəkildə nümayiş etdirməsi də məlum deyildi.

//Gülnarə Abasova, Editor.az