Qarabağın kimə mənsubluğu məsələsi həll olunub və sülh müqaviləsinə doğru irəliləyiş təmin edilib.
Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “İndi çətin ki, kimsə (sülh müqaviləsinin imzalanmasının vaxtını) göstərməyi öhdəsinə götürsün.
Amma nəzərə alsaq ki, Qarabağa sahiblik kimi əsas məsələ artıq həll olunub, deyə bilərik ki, mühüm irəliləyiş təmin edilib”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda “davamlı atəşkəs dövrü” başlayır və Azərbaycanda belə bir anlayış var ki, regionda erməni əhalisinin qanuni maraqları və təhlükəsizliyi təmin edilməlidir. Peskov əlavə edib ki, bu saziş üzərində iş yekunlaşana qədər bir çox texniki məsələlər qalır.
Qeyd edək ki, bundan əvvəl Yevlaxda Azərbaycanla Qarabağdakı ermənilərin nümayəndələri arasında görüş keçirilib. Rəsmi Bakı Qarabağ ermənilərinin nümayəndələrinə onların reinteqrasiya planlarını təqdim edib.
//Samir Qurbanov, Editor.az