Moskva görüşü Azərbaycan-Ermənistan  münasibətlərində əhəmiyyətli olacaq? -AÇIQLAMAbackend

Moskva görüşü Azərbaycan-Ermənistan  münasibətlərində əhəmiyyətli olacaq? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında intensiv danışıqlar davam edir. Brüssel, Vaşinqton görüşlərinin ardınca Moskvada da görüş keçirilir. Amma Moskva görüşünü müsbət qiymətləndirmirəm”.

Bu fikirləri Editor.az-a açıqlamasında  politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Moskva görüşü Azərbaycanla Ermənistan arasındakı intensiv danışıqlar prosesini tormozlayacaq:

“Brüssel danışıqlarında isə sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atıla bilər. Xankəndidə qondarma rejimin lideri  Ruben Vardanyan müəyyən “təhlükəsizlik və müdafiə” cəbhəsi yaradıb. Samvel Babayan ərazi uğrunda əhalini mübarizəyə səsləyir. Əslində Arayik Artunyana qarşı bir cəbhə formalaşdırıblar ki, o, istefaya getsin. Samvel Babayan da erməni icmasının rəhbərliyinə gəlmək istəyir. Qarabağda baş verən prosesləri diqqətlə izləməliyik. Ruben Vardanyan zərərsizləşdirilməlidir. O, birbaşa Kremldən idarə olunur”.

Politoloqun fikrincə, Ermənistan və Azərbaycan arasında Qarabağdakı erməni icması məsələsi danışıqlar predmenti ola bilməz:

“Yalnız həmin icmanın hüquq və təhlükəsizliyi məsələsi danışıqlar predmenti olur. Qarabağda gedən proseslər Azərbaycanın daxili işidir və özü müdaxilə etməlidir. Arayik Artunyan, Ruben Vardanyan sıradan çıxarılmalıdır. Revanşist qruplar tamamilə neytrallaşdırılacaq. Əgər Samvel Babayan Azərbaycanla inteqrasiya prosesinə töhfə verə bilərsə,  onunla danışıqlar gedə bilər. Amma hesab edirəm ki, gedən proseslər Azərbaycan -Ermənistan danışıqlarına kölgə sala bilməz”.

//Safura Bənnayeva, Editor.az