“Moskva görüşü Azərbaycan-Ermənistan münasibətlərini yeni mərhələyə gətirəcək “-AÇIQLAMAbackend

“Moskva görüşü Azərbaycan-Ermənistan münasibətlərini yeni mərhələyə gətirəcək “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçiriləcək. Görüş ərəfəsində Ermənistan Xarici İşlər Nazirliyi fundamental istiqamətdə hər hansı razılığın əldə olunmayacağı ilə bağlı informasiyalar yayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın Moskva formatı çərçivəsində münasibətlərin tənzimlənməsinə, tərəflər arasında münasibətlərin qurulmasına müsbət yanaşmaması, əksinə Vaşinqton və Brüssel formatları çərçivəsində razılaşmaların əldə edilməsində maraqlı olması ciddi maraq doğurur:

“Bu açıqlamaları verməklə rəsmi İrəvan danışıqlarda pozuculuq mövqeyini ifadə edəcəyini, Azərbaycanla uzlaşmaya deyil, əksinə münasibətlərin gərginləşməsinə xidmət edən mövqe ortaya qoyacağını bəyan etmiş oldu. Bu isə son dövrlər Ermənistan ilə Rusiya arasında mövcud olan proseslər fonunda o qədər də təəccüblü görünmür. Rəsmi İrəvan son dövrlərdə atdığı addımlarla Qərb havadarlarının dəstəyi ilə rəsmi Moskvaya qarşı əks mövqe ortaya qoymaqdadır. Bütün bunlar göstərir ki, Ermənistan Moskva formatında təşkil edilən görüşləri sabotaj etmək və hər hansı nəticənin əldə olunmasının qarşısını almağa çalışır. Rusiya da bunu yaxşı başa düşür “.

Politoloqun fikrincə, Cənubi Qafqazda proseslərin tənzimlənməsində müəyyən qədər vasitəçiliyi ələ keçirən Qərb gücləri qarşısında Rusiya hər hansı addım atmaqla bir qədər irəli çıxmağa çalışacaq:

“Ermənistanın maraqlarına xidmət edən Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılması, real razılaşmaların əldə olunması da gözləniləndir Moskva görüşü Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində yeni bir mərhələ müəyyənləşdirəcək. Xüsusilə də siyasi məsələlərdən əlavə təsərrüfat sayəsində də razılaşmaların əldə olunması bu görüşün əsas xarakterik göstəricisinə çevrilə bilər “.

//Safura Bənnayeva, Editor.az