“Moskva görüşü formal xarakter daşıyır”-ŞƏRHbackend

“Moskva görüşü formal xarakter daşıyır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın törətdiyi son təxribat aktlarından sonra ümumiyyətlə hansısa danışıqların ciddi nəticə verəcəyi inandırıcı görünmür”.

Bu fikirləri Editor.az-a politoloq Samir Hümbətov ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsinin Moskvada keçirilməsinin tərəflər üçün hansı nəticələrinin olacağını şərh edərkən bildirib.

Siyasi şərhçi Rusiyanın Ermənistan və Azərbaycan arasında görüş keçirmək istəyinin səbəbinə toxunub. Onun sözlərinə görə Moskvanın məqsədi qarşıda baş tutacağı gözlənilən Brüssel, Vaşinqton görüşləri ilə əlaqədardır:

“Moskva hər zaman olduğu kimi “mən olmasam bu məsələ həll olunmayacaq” prinsipi ilə addımlamağa çalışır. Amma görünən odur ki, Rusiyanın bu addımları sülhə deyil, prosesləri pozmağa hesablanıb. Çünki ya Brüssel, ya da Vaşinqton görüşlərindən sonra bölgədə bu və ya digər formada sabitlik pozulur. Rəsmi Moskvanın belə görüşləri formal xarakter daşıyır. Reallıq bundan ibarət deyil. Çünki Ermənistanda mövcud hakimiyyət Rusiya ilə işləmək istəmir və onun imzası olan qərarları qəbul etməkdə maraqlı deyil. Ona görə də bu prosesdə Moskvanın xeyrinə olacaq istənilən addımın qarşısını almağa çalışacaq. Bugünə qədərki görüşlərə baxdıqda alınan köklü qərarların Brüsseldə olduğunu görmüşük. Moskva və Soçidə baş tutan görüşlər isə formal və çox zəif xarakterli olub. Əldə olunan nəticələr icra olunmayıb”.

//Safura Bənnayeva, Editor.az