Moskva görüşü tərəflərə nə vəd verir?- ŞƏRHbackend

Moskva görüşü tərəflərə nə vəd verir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında Moskvada təşkil edilən görüşdə tərəflər ortaq məxrəcə gələcəklər”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə “TASS” İnformasiya Agentliyinin aprelin 3-də Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin müavinləri arasında danışıqların aparılması və nazirlər səviyyəsində növbəti görüşün təşkil olunması üçün  Moskvaya gəldikləri ilə bağlı yaydığı xəbərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya və İran çalışır ki, Türkiyə öz qoşununu Suriyadan çıxartsın:

“Türkiyə Suriya hakimiyyəti ilə normallaşma prosesinə getmək istəyir. Belə görüşlərin keçirilməsi rəsmi Ankara üçün çox vacibdir. Türkiyənin İsrail ilə sıx əməkdaşlığı var və bu da İranı ciddi narahat edir. Çünki İsrailin İranın Suriyadakı hərbi obyektlərinə zərbə endirməsi Tehranı təşvişə salır. Bu məsələlər də müzakirə olunacaq. Rusiya da İsrailin Suriyada İrana qarşı hərbi əməliyyatlarına neytral qalır. Türkiyə üçün əsas məqamlardan birincisi Şimali Suriyada YPG/PKK terror təşkilatına son qoymaqdır. Bu görüşdə Türkiyənin əli daha da güclənəcək. Suriya ilə normallaşma prosesi başlayacaq”.
 
//Safura Bənnayeva, Editor.az