Moskva görüşündə hər hansı bir sənəd imzalanacaqmı?- Peskovdan Açıqlamabackend

Moskva görüşündə hər hansı bir sənəd imzalanacaqmı? Peskovdan Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.