Moskva görüşündə Paşinyana hansı təlimatlar veriləcək? -“Gürcüstanın vasitəçiliyi Rusiyanı narahat edir”backend

Moskva görüşündə Paşinyana hansı təlimatlar veriləcək? –“Gürcüstanın vasitəçiliyi Rusiyanı narahat edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin Moskva görüşündə  Putin Paşinyana ikitərəfli əlaqələr və regionda baş verən siyasi proseslərlə bağlı təlimatlarını verəcək. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyanın görüşündən əvvəl, V. Putinin erməni baş naziri Moskvaya dəvət etməsi narahatlığından irəli gəlir. Çünki ABŞ və Avropanın dəstəyi ilə Gürcüstanın vasitəsilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü razılaşdırılıb”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Moskva öz iradəsindən kənar Bakı və Yerevan arasında birbaşa təması və Gürcüstanın vasitəçiliyini qəbul etmir:

” Ona görə də çalışır ki, belə bir təmaslar baş tutmasın. N. Paşinyanla V. Putin görüşündən əvvəl Ermənistanın müdafiə naziri A. Arşakyan Moskvaya səfər etməsi, tərəflər arasında silah sövdələşməsinin olacağı istisna deyil. Rusiya Ermənistana silahlar verməklə, öz orbitində saxlamağa çalışır. Erməni baş nazir Rusiya ilə təmaslara baxmayaraq Azərbaycanla ikitərəfli siyasi əlaqələrin qurulmasında maraqlıdır. Ümumiyyətlə, Rusiya tərəfi bu görüşdə konkret olaraq vasitəçiliyini aktivləşəcək və burada əsas məqsəd, Qərbin aktivliyinin qarşısnı almaqdır. Qeyd edim ki, Azərbaycan tərəfi məhz Rusiyanın öhdəlikləri yerinə yetirməməsinə görə, Qərbin vasitəçilyi ilə təmaslara gedir. Rusiya tərəfi aktivləşib Zəngəzur dəhlizi və 10 noyabr razılaşmalarının həyata keçilməsini reallaşdırmasa, Gürcüstan prosesdə akivləşəcək. Bu da Rusiyanın imicinə zərbədir”.

Siyasi analitik qeyd edib ki, proseslərin gedişatına görə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü labüddür:

“Belə olan təqdirdə Rusiya da öhdəliklərin icrasını yerinə yetirməyə məcbur olacaq. Çünki Azərbaycan israrla öhdəliklərin həyata keçirilməsini tələb edir və əlavə alternativlərlə Rusiyanı neytrallaşdıra bilər”.

//Gülnarə Abasova, Editor.az