Moskva görüşündən sonra bölgədə nə baş verir? – “Rusiya sərhədçilərinin bu istiqamətdə yerləşdirilməsi…”backend

Moskva görüşündən sonra bölgədə nə baş verir? – “Rusiya sərhədçilərinin bu istiqamətdə yerləşdirilməsi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sərhədçiləri Moskvada Putin və Paşinyan görüşündən sonra Gegarnuk istiqamətdə mövqelənib. Ermənistanin Gegarnuk rayonu Kəlbəcərlə sərhəddə malikdir və burada qarşı tərəf təxribatlara əl atır”.

Editor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, Rusiya sərhədçilərinin bu istiqamətdə yerləşdirilməsi əsasən, Azərbaycanın öz sərhədlərinin müəyyənləşdirilməsinə müəyyən dərəcədə mane olmaqdır.

“Rusiya sərhədçilərinin yerləşdirilməsi, Ermənistanın birdaha vassal bir ölkə olduğunu göstərir. Həmçinin, bu, məhz 30 il ərzində Qarabağın işğalının davam etməsinin bu ölkənin gücü xaricində olduğunu göstərir. Bir ölkə ki, öz sərhədlərini qoruya bilmirsə, bu ölkə ilə sülh müqaviləsinin imzalanmasından belə söhbət gedə bilməz”.