Moskva görüşünün nəticəsi: “Putinin soyuq münasibəti onu göstərir ki…” -AÇIQLAMAbackend

Moskva görüşünün nəticəsi: Putinin soyuq münasibəti onu göstərir ki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin və Paşinyanın Moskva görüşü Ermənistan üçün müsbət nəticələnmədi. Putinin soyuq münasibəti və verdiyi açıqlamalar göstərdi ki, Rusiyanın siyasi elitasında hələ də Ermənistanın  qərb imperialist dairələri tərəfindən formalaşdırılan ikiüzlü hakimiyyətinə etimad və inam yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, bildirib ki, bu dəfəki Moskva görüşü növbədənkənar parlament seçkilərindən sonra Ermənistan hakimiyyətinin Rusiyaya qarşı yalvarışlarının növbəti raundu idi. Paşinyanın görüşdə söylədikləri yalnız Ermənistanın daxili auditoriyasına hesablanıb. Çünki artıq hərkəsə bəllidir ki, Dağlıq Qarabağ adlı problem yoxdur. Bu problemin həlli, regionda normal barış mühitinin yaranması, Zəngəzur dəhlizinin açılması Rusiyanın da iqtisadi-siyasi maraqlarına cavab verir”.

Siyasi analitikin sözlərinə görə, İran-Azərbaycan arasında gərginləşən münasibətlər Ermənistanı siyasi gedişlərində  ürəkləndirə bilməz:

” İranın özünün çox ciddi siyasi-iqtisadi problemləri var. İranın bəzi əyalət mollalarının, siyasi hakimiyyətində təmsil  olunan şəxslərin verdiyi boğazdan yuxarı açıqlamaların heç bir əhəmiyyəti olmadığını İran və dostu Ermənistan da çox yaxşı başa düşür”.

//Gülnarə Abasova, Editor.az