Şeremetyevo Hava Limanında təhlükəsizlik yoxlaması işçiləri sərnişinlərdən birinin baqajında təhlükəli əşya aşkar edib.
Editor.az bildirir ki, bu barədə təcili yardım xidməti hadisə barədə məlumat verib. Həmin şəxsin əşyaları arasında yatan F-1 qumbarası onların diqqətini çəkib.
Bu qeyri-adi əşyanı daşıyan şəxs saxlanılıb. Müəyyən edilib ki, bu, döyüş sursatı deyil, F-1-dən fərqlənməyən oyuncaq qumbaradır. Polis “oyuncaq” sahibinin kimliyini, eləcə də onu problemli əşyanı yolda götürməyə vadar edən səbəbləri araşdırır.
//Samir Qurbanov, Editor.az

