Moskva Hindistanı hədələdi: bütün sazişlər ləğv ediləcəkbackend

Moskva Hindistanı hədələdi: bütün sazişlər ləğv ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Hindistanı “Maliyyə Fəaliyyəti İşçi Qrupu”nun (FATF) məhdudiyyətlərini əngəlləməyəcəyi təqdirdə, birgə müdafiə və enerji müqavilələrini ləğv etməklə hədələyir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə, həmçinin NATO ölkələrinin rəsmilərinin təqdim etdiyi hesabatlara istinadən xəbər verir. Ukrayna dəfələrlə Rusiyanın FATF-dən çıxarılmasının və bu təşkilatın qara siyahısına salınmasının vacibliyini bəyan edib. FATF-ın Qara Siyahısına çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə beynəlxalq tələbləri pozan ölkələr daxildir.

Agentliyin məlumatına görə, Moskva öz kommersiya tərəfdaşlarına, o cümlədən Hindistandan olanlara xəbərdarlıq edib ki, FATF-ın qarşıdakı iclasında Rusiyanın “qara siyahı”ya salınmasına qarşı çıxmasalar, əvvəllər bağlanmış bir çox sazişlər “təhlükə altında olacaq”.

  //Samir Qurbanov,Editor.az