Moskva Kiyevlə danışıqlara hazırdır – Dmitri Peskovbackend

Moskva Kiyevlə danışıqlara hazırdır – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva hələ də danışıqlar masası arxasına oturmağa hazırdır. Lakin əvvəlki dialoq da Ukrayna tərəfi tərəfindən kəsilib.

Editor.az bildirir ki, bu barədə RTVI telekanalında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Prezident dəfələrlə deyib ki, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır.

Və təbii ki, biz bunu ilk növbədə siyasi və diplomatik yollarla etməyə üstünlük verərdik. Ona görə də biz danışıqlara hazırıq”, – Dmitri Peskov bildirib. Mətbuat katibinin sözlərinə görə, Ukrayna özü əvvəlki danışıqları dayandırıb. “Onlar özləri etiraf etdilər ki, bu, Britaniyanın göstərişi ilə edilib. Ona görə də vəziyyət kifayət qədər göz qabağındadır”, – deyə Peskov bildirib.

O, Kiyevlə Moskva arasında gələcək dialoqun Qərb ölkələrindən birinin ərazisində baş tuta biləcəyinə inanmır. “Bu nəşrdə əslində fundamental nəzəri nəticə yazılmışdır” – deyə Dmitri Peskov yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az