Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib ki, Moskva Ukraynadakı münaqişənin həlli üçün sövdələşməyə hazırdır, lakin “müəyyən elementlər var ki, onları yekunlaşdırmaq lazımdır”.
Xarici işlər naziri əlavə edib ki, ABŞ prezidenti Donald Tramp haqlıdır ki, sülh danışıqları düzgün istiqamətdə gedir.
Əvvəllər güman edilirdi ki, aprelin 23-də Londonda keçiriləcək görüşdə Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri ABŞ-ın münaqişənin sülh yolu ilə həlli üçün təklif etdiyi planı müzakirə edəcəklər.
Bu, Krımın Rusiya Federasiyasına aid olduğunu tanımaqla yanaşı, Rusiyanın Ukraynanın NATO üzvlüyündən imtina etməsi tələbini də ehtiva edir. Lakin danışıqlar başlamazdan əvvəl Ukrayna hakimiyyəti Krımdan imtina etmək imkanını açıq şəkildə rədd etdi. Buna ABŞ prezidenti cavab verib ki, Zelenskinin bəyanatı sülh danışıqlarına zərbə vurub.
//Samir Qurbanov, Editor.az