“Moskva” kreyserinin ABŞ-ın verdiyi kəşfiyyat məlumatları ilə batırıldığı İDDİA EDİLİRbackend

“Moskva” kreyserinin ABŞ-ın verdiyi kəşfiyyat məlumatları ilə batırıldığı İDDİA EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qara dənizdəki flaqmanı “Moskva” kreyserinin Ukrayna tərəfindən necə vurulduğu hələ də maraq doğurur və gəminin batması ilə bağlı ABŞ-dan yeni iddia irəli sürülüb.

Editor.az “NBC” xəbər kanalının ABŞ rəsmilərinə əsaslanaraq verdiyi məlumata istinadla xəbər verir ki, ABŞ kəşfiyyatının paylaşdığı kəşfiyyat məlumatlarının Ukrayna ordusunun Rusiya kreyser gəmisi “Moskva”nı  batırmasına kömək etdiyi iddia edilib. Xəbərdə hücumun Ukrayna qüvvələrinin amerikalılara Odessanın cənubunda Qara dənizdə üzən gəmi ilə bağlı sual verməsindən sonra baş verdiyi və ABŞ kəşfiyyatının həmin gəminin Moskva olduğunu təsbit edib onun yerini təsdiqləməyə kömək etdiyi, daha sonra isə ukraynalıların gəmini hədəf aldığı iddia edilib.

ABŞ-ın Rusiya gəmilərindən gələn hücumları da aşkarlayaraq Ukrayna ilə paylaşdığı bildirilib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika kəşfiyyatının real vaxt rejimində Ukrayna ilə məlumat paylaşdığını təsdiqləsə də Moskva gəmisi ilə bağlı şərh verməkdən çəkinir.

Qeyd edək ki, 510 nəfərlik ekipajı olan raket kreyseri “Moskva” Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı və İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisi idi. ABŞ gəminin aprelin 14-də iki Neptun gəmi əleyhinə raketlə vurulduqdan sonra batdığını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az