Moskva MDB qoşun hissələrini Rusiyaya dəvət etdibackend

Moskva MDB qoşun hissələrini Rusiyaya dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyə dəvət edib.

O, paradda MDB ölkələrinin hərbi hissələrinin iştirak edəcəyini gözləyir. “Əziz dostlar, biz sizi mayın 9-da Moskvada keçiriləcək yubiley tədbirində gözləyirik”, – deyə Putin bildirib. “Biz həmçinin ümid edirik ki, MDB ölkələrinin hərbi hissələri Qırmızı Meydandakı paradda iştirak edə biləcək”, – o əlavə edib.

Rusiya prezidenti bundan əvvəl KTMT ölkələrinin hərbi hissələrini də Qırmızı Meydandakı paradda iştirak etməyə dəvət edib. Belarus və KXDR qoşunları parada ayrıca dəvət olunub.

//Samir Qurbanov, Editor.az