Moskva metrosunda iki qatar toqquşubbackend

Moskva metrosunda iki qatar toqquşub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva metrosunun “Peçatniki” stansiyasında iki metro qatarı toqquşub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir”.

Editor.az hadisə şahidlərinin sözlərinə istinadən xəbər verir ki, əvvəlcə partlayış səsi eşidilib, daha sonra platformaya tüstüyə qərq olub. Sərnişinlər təxliyə edilib. Maşinist qatarlardan birinin salonunda sıxılmış vəziyyətdə qalıb.

Paytaxtın Nəqliyyat Departamentindən bildirilib ki, fövqəladə vəziyyətlə əlaqədar qatarlar böyük fasilələrlə hərəkət edir. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, sərnişinlər arasında xəsarət alan olmayıb, sürücüyə tibbi yardım göstərilir.

“Təmir-bərpa işləri aparılır, yaxın saatlarda qatarların hərəkəti bərpa olunacaq. Hər kəsə lazımi kömək və dəstək göstəriləcək”, – Sergey Sobyanin deyib.

//Samir Qurbanov, Editor.az