Moskva Mövlud Çavuşoğlunun bəyanatına cavab verdibackend

Moskva Mövlud Çavuşoğlunun bəyanatına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövlud Çavuşoğlunun Zelenskinin “sülh formulunu” dəstəkləyirik mesajına Moskvadan cavab gəlib.

Editor.az xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurasının komissiyasının rəhbəri Andrey Klimov çıxış edib: “Türkiyə ABŞ, Çin və Rusiyanın o cümlədən Ukraynanın maraqları üçün deyil, yalnız öz maraqları üçün işləyir.

Türkiyə Avropa Birliyi və ABŞ-dan fərqli olaraq Moskva ilə birbaşa əlaqə qura bilməsindən yararlanmağa çalışır”, – Klimov bildirib. Siyasətçi xatırladıb ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib: “Bu, yeganə NATO ölkəsi, NATO-da ikinci ən güclü ordusuna malik ölkədir ki, Rusiya əleyhinə sanksiyalar tətbiq etmir. Əksinə, Türkiyənin köməyi ilə dövlətimizin və xalqımızın təcili ehtiyac duyduğu bir çox məsələlər öz həllini tapır. Mən heç kimi ideallaşdırmaq istəmirəm, amma yenə də bu, hər cür sözdən üstündür”, – deyə Klimov vurğulayıb.

Senator qeyd edib ki, Türkiyə hökuməti Ukraynada hərbi əməliyyatları dayandırmaq arzusunda olduğunu bəyan edir və bunun üçün Moskva və Kiyevlə eyni vaxtda işləyir. Amma Rusiya “özünü milli maraqlarına uyğun aparmalıdır”.

 //Samir Qurbanov, Editor.az