Moskva: Müqavilənin mətni hələ hazır deyilbackend

Moskva: Müqavilənin mətni hələ hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxaniya Rusiya-Ukrayna sülh sazişi ilə bağlı mətnin hazır olduğunu və iki ölkə lideri Zelenski və Putinin yaxın vaxtlarda görüşə biləcəyini açıqlamışdı.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna ilə danışıqları aparan Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bu fikirlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Araxaniyanın Krım məsələsi istisna olmaqla, razılaşmanın hazır olduğu barədə açıqlaması həqiqəti əks etdirmir. İstanbulda aparılan danışıqlarda yalnız Ukraynanın qeyri-hərbi birləşmə statusu, xarici ölkələrin hərbi bazalarının yaradılmaması, Ukraynaya xarici qoşunların, silahların yerləşdirilməməsi və yalnız üçüncü dövlətlərlə yalnız qarant ölkələrin icazəsi ilə hərbi təlimlərin keçirilməsi razılaşdırılıb”,- deyə Medinski bildirib.

//Gülnarə Abasova, Editor.az