Moskva narahatdırbackend

Moskva narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov atəşkəsə nəzarət etmək üçün Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələrin Kremlin narahatlığına səbəb olduğunu deyib.

O, Böyük Britaniyanın baş naziri Key Starmerin ABŞ prezidenti Donald Trampa Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsi planını təqdim etmək planları barədə məlumatı belə şərh edib. “Əlbəttə, biz bütün bu hesabatları diqqətlə izləyirik, avropalıların bu məsələ ilə bağlı bəzən ziddiyyətli rəsmi açıqlamalarını görürükk. Bu, bizi narahat edir, çünki söhbət NATO ölkələrinin hərbi kontingentlərinin Ukraynaya mümkün, nəticə etibarilə göndərilməsindən gedir”, – Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərini xatırladıb: “Əlbəttə, NATO-nun üzvü olan ölkələrin hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz”.

//Samir Qurbanov, Editor.az