“Moskva”nın göyərtəsində nüvə başlıqlı raketlər olubbackend

“Moskva”nın göyərtəsində nüvə başlıqlı raketlər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qara Dəniz Donanmasının flaqmanı, Ukrayna ordusu tərəfindən məhv edilən “Moskva” raket kreyseri ən azı iki nüvə başlığına sahib olub.

Editor.az xəbər verir ki, bu sözləri Ukrayna Zabitlər İttifaqı sədrinin birinci müavini Yevgeni Lupakov “Obozrevatel”ə müsahibəsində bildirib. “…Ən azı iki nüvə başlıqlı raket olub və onlar “Moskva”nın göyərtəsində idi” – deyə zabit bildirib. “Və mən əminəm ki, onlar zədələnməyiblər, çünki bu gün orada radiasiya fonu artmayıb”, – deyə Ukrayna Zabitlər İttifaqı rəhbərinin birinci müavini əlavə edib.

Xatırladaq ki, aprelin 13-də “Moskva” kreyserinin Qara dənizdə Ukraynaya məxsus “Neptun” raketləri tərəfindən məhv edilib. Rusiya Müdafiə Nazirliyi yalnız Moskva kapitanının ölümünü, 27 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Jurnalistlərin məlumatına görə, itkin düşənlər arasında çağırışçılar da olub.

Editor.az