Bu barədə Editor.az Ukrayna Təhlükəsizlik Şurasının verdiyi məlumata istianadən xəbər verir. Məlumata görə, qruplşma üzvlərindən biri istintaqla əməkdaşlığa keçib.
Ona “sxem”in təşkilatçısı olan düşmən kəşfiyyatının istefada olan zabiti yaxınlaşıb. O, Ukraynada yeni “demokratiya” yaratmaq niyyətini açıqlayıb və bildirib ki, hazırkı hökumət özü istefaya getməsə, o zaman qruplaşma zorakılıq ssenarisinə keçəcək. Qrup hakimiyyəti ələ keçirmək üçün keçmiş ATO hərbçilərindən olan 500 yaraqlı cəlb etməli və onları silahla təmin etməli idi. Planın həyata keçirilməsi Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə üst-üstə düşməli idi. Lakin UTŞ şəbəkəni ifşa etdi və martın əvvəllərində İvano-Frankivsk və Xmelnitski vilayətlərində onun təşkilatçılarını və əsas şəxslərini yaxalamağa nail oldu.

