Moskva Ramzan Kadırovun “qəfil ölümünə” hazır deyil – Birləşmiş Qüvvələr” hərəkatının rəhbəri Cambulat Süleymanovbackend

Moskva Ramzan Kadırovun “qəfil ölümünə” hazır deyil – Birləşmiş Qüvvələr” hərəkatının rəhbəri Cambulat Süleymanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti Çeçenistanda öz qubernatorunu təyin etmək istəyir.

Eyni zamanda, Kreml Ramzan Kadırovun qəfil ölümünə hələ ki, hazır deyil.

Editor.az xəbər verir ki, bu fikirləri Çeçenistan “Birləşmiş Qüvvələr” hərəkatının rəhbəri Cambulat Süleymanov Radio NV-yə müsahibəsində bildirib. “Bəli, deyə bilərik ki, bu gün bu yolla (zəhərləməklə) onlar Kadırovu aradan qaldıra bildilər.

Amma bəlkə də indi onu aradan götürməyin vaxtı deyil. İndi baş verənlərlə bağlı ikiqat təəssüratım var. Rusiya hakimiyyətinin qurduğu sxemdə növbəti şəxsin o olacağını demişdim. Amma indi onu aradan götürmək onlar üçün sərfəlidirmi? Mən buna əmin deyiləm. Ola bilsin ki, onu aradan götürməyin, qurulmuş sxemi pozmağın vaxtı hələ çatmayıb”, – Süleymanov eyib.

Eyni zamanda o, qeyd edib ki, onlar hələ də xəstə Kadırovu hakimiyyətdə saxlamağa çalışırlar, çünki Moskva qəfil lider dəyişikliyinə hazır deyil. “Hamımız bilirik ki, Kadırov uzun müddətdir xəstə idi.

Bu, onun yavaş-yavaş aradan qaldırılmasının uzun sürən bir hərəkəti, ya da xəstə olması ola bilər. Bu gün onu birtəhər sistemdə saxlamağa çalışırlar. Çeçenistanda hakimiyyət orqanlarının başqa bir formalaşma sxemi hazırlanıncaya qədər. Buna görə də Putinin ətrafı onun səhhəti ilə bağlı heç bir şərh vermir. Mənə elə gəlir ki, onlar bu gün və indi hansısa dəyişikliyə hazır deyillər”, – Süleymanov yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az