Moskva “Rus evi” ilə bağlı Azərbaycanın qərarına reaksiya verdibackend

Moskva “Rus evi” ilə bağlı Azərbaycanın qərarına reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyatı ilə bağlı vəziyyətin həllinə ümid edir.

Diplomat təsdiqləyib ki, Rusiya hakimiyyəti qurumun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan nota alıb.

“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq etmək üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib”, – o qeyd edib.

Xatırladaq ki, Bakıdakı “Rus Evi” 3 iyul 1997-ci ildə yaradılmışdır.

//Samir Qurbanov, Editor.az