Moskva sammitin koordinatlarını veribbackend

Moskva sammitin koordinatlarını verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO üzvləri Zirvə Görüşü üçün bir araya gəlməyi planlaşdırır. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, görüşdə məqsəd NATO-nun 2030-cu ilə qədər olan strategiyasını müəyyənləşdirməkdir. Ancaq görüş ərəfəsində alyans üzvlərinə Rusiya tərəfindən gözlənilməz bir “sürpriz” olub. Belə ki, Rusiya Kosmik Agentliyi “Roskosmos” Zirvə sammitinin keçiriləcəyi məkanın peyk görüntülərini yayıb. Rusiya tərəfi bununla da kifayətlənməyib, ABŞ, Böyük Britaniya, Fransa, Belçika və Almaniyadakı NATO komandanlıq mərkəzlərinin peyk şəkillərini həqiqi enlik və uzunluq məlumatları ilə yayımlayıb.

“Roskosmos” tərəfindən verilən açıqlamada bildirilib ki, sammit ərəfəsində iştirakçılara 5 ölkədən NATO mərkəzi komandanlığının peyk görüntülərindən ibarət albom hazırlanıb və sammit iştirakçıları üçün olan hədiyyəyə isə GPS məlumatları əlavə ediləcək.

//Nəzərbəy Hacıağayev, Editor.az