Moskva Suriyanın yeni hökuməti ilə əlaqə qurmağa çalışırbackend

Moskva Suriyanın yeni hökuməti ilə əlaqə qurmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya hökumət əleyhinə qüvvələrinin Hərbi Əməliyyatlar İdarəsi orduya çağırılan bütün suriyalıların təhlükəsizliyinə zəmanət verən bəyanat yayıb: “Hərbi Əməliyyatlar Departamenti məcburi xidmətə çağırılan bütün əsgərlər üçün ümumi amnistiya elan edir. Onların həyatlarına zəmanət verilir, onlara hücum edilməyəcək”, – deyə departamentin Telegram kanalında bildirilir.

Qeyd edək ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin genişmiqyaslı hücumu başlayıb. Dekabrın 8-də onlR paytaxtı ələ keçiriblər. Diktator Bəşər Əsəd prezident postunu tərk edib Moskvaya qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali islamçılarla danışıqlar apardığını və hakimiyyətin dinc yolla ötürülməsini təşkil etmək niyyətini açıqlayıb. Kremldəki mənbə bildirib ki, Rusiya da islamçı liderlərlə əlaqə saxlayır.

//Samir Qurbanov, Editor.az