Moskva Suriyanın yenidən Ərəb Liqasına qayıtmasını alqışlayırbackend

Moskva Suriyanın yenidən Ərəb Liqasına qayıtmasını alqışlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Suriyanın yenidən Ərəb Liqasına qayıtmasını alqışlayır.

Editor.az rus mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. O bildirib ki, bu addım regionda mühitin yaxşılaşmasına töhfə verəcək.

Rusiyalı diplomat əlavə edib ki, Suriyanın təsisçi dövlətlərdən biri olduğu Ərəb Liqasının işində yenidən iştirakı Yaxın Şərq regionunda atmosferin yaxşılaşmasına və Suriya böhranının nəticələrinin tezliklə aradan qaldırılmasına töhfə verəcək.

Qeyd edək ki, Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri bu gün keçirilən növbədənkənar iclasda Suriya hökumətinin 12 illik fasilədən sonra ittifaqa qayıtması ilə bağlı razılığın əldə edildiyini açıqlayıblar.

//Gülnarə Abasova, Editor.az