Moskva Tehrana qırıcı təyyarələr verdi – TƏFƏRRÜATbackend

Moskva Tehrana qırıcı təyyarələr verdi – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası bütün xəbərdarlıqlara və risklərə rəğmən, İran İslam Respublikasına ən müasir hərbi texnika verməyə başlayır.

Bu yaxınlarda Rusiyadan İrana 24 Su-35S qırıcı təyyarəsi göndəriləcək.

Təyyarələr İranın Hərbi-Hava Qüvvələrinin İsfəhan şəhərinin yaxınlığındakı Şikari yaşayış məntəqəsindəki Şəhid Beheşti adına 8-ci aviabazasında (“Forudgahe Beynül Məlalaye Şəhid Beheşti”) yerləşdiriləcək.

Həmin qırıcılar İran HHQ-nin iki yeni eskadrilyasını təşkil edəcək.

Moskva və Tehran arasındakı gizli anlaşmanın şərtlərinə görə, İrana “4++” nəslindən olan 64 yeni Su-35S qırıcıları veriləcək. Bu qırıcılar İran HHQ-dəki köhnəlmiş, hələ 1979-cu ildəki İslam İnqilabından əvvəl ABŞ-dan alınmış F-5 və F-4 qırıcılarını əvəzləyəcək.

Su-35C-ləri idarə edəcək iranlı pilotlar hazırda Rusiyada təlim keçirlər.

Bundan başqa, Rusiya İrana 4 Mi-26 ağır nəqliyyat helikopteri göndərəcək, əvəzində isə İrandan radioelektron mübarizə vasitələri alacaq.

milli.az