ABŞ və Rusiya arasında yeni münasibətlər üçün ilk böyük sınaq Kreml hökmdarı Putinin Ukraynada atəşkəslə razılaşmaq istəməməsi ola bilər.
“Bloomberg”in yazdığına görə, Kreml təslim olmaq və ya hərbi əməliyyatları yumşaltmaq niyyətində olmadığını, Vaşinqtonun artıq Rusiyanı təcavüzkar adlandırmaqdan imtina etdiyini və həmçinin Ukraynanın NATO-ya qoşulmasının və Rusiya tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasının real olmadığını bəyan edib. Rusiya mənbələri nəşrə bildiriblər ki, Moskva Tramp və Putin arasında münasibətlərin istiləşməsinə ehtiyatla yanaşır, çünki onlar Ağ Evin strategiyasını tam başa düşmürlər və qurulmuş “tələ”dən ehtiyat edirlər. Və Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandırdığı mesajı Kreml rəsmilərini tamamilə heyrətə salıb.
Fərqlər ondan ibarətdir ki, Tramp Pasxa bayramından əvvəl atəşkəsi təmin etmək istəyir və eyni zamanda Ukraynaya avropalı sülhməramlıların göndərilməsini dəstəkləyir. Moskva isə xarici qoşunların yerləşdirilməsinə qarşı çıxır və həmçinin Ukrayna silahlı qüvvələrini məhdudlaşdırmağa çalışır.
//Samir Qurbanov, Editor.az