Avqustun 26-na keçən gecə pilotsuz uçuş aparatları Rusiya paytaxtına hücum edib. Vnukovo, Şeremetyevo və Domodedovo hava limanları təyyarələrin qəbulu və yola salınması üçün bağlanıb. “Xalça” rejimi tətbiq edilib.
Editor.az-ın məlumatına görə, Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiyanın İstra rayonundakı hava hücumundan müdafiəsi bir pilotsuz uçan aparatı məhv edib. “İlkin məlumata görə, tələfat və dağıntı yoxdur.
Hadisə yerində fövqəladə xidmətlər işləyir”. Bu arada Rusiya KİV-i xəbər verir ki, Moskva, eləcə də vilyətin Odintsovo və İstrinski rayonlarının sakinləri partlayışlar barədə məlumat verirlər. Vnukovoda hava hücumundan müdafiə sistemi işləyir. Saat 05:20-yə olan məlumata görə, moskvalılar qəribə “atəş sütunu”ndan bəhs edirlər.
Şəhərin cənub-şərqində yaşayan sakinlər bunu təxminən bir saat əvvəl pəncərələrindən gördüklərini deyirlər.
//Samir Qurbanov, Editor.az