Moskva Ukraynanın NATO-ya daxil olmasını istisna edən “çuqun zəmanət” tələb edirbackend

Moskva Ukraynanın NATO-ya daxil olmasını istisna edən “çuqun zəmanət” tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

LXarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Moskva Ukraynanın NATO-ya daxil olmasını istisna edən “çuqun zəmanətlər”də israr edir. Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması sülhə nail olmağı və “təhlükəsizlik arxitekturasının yaradılmasını” qeyri-mümkün edəcək.

“Bizim üçün bu, Ukrayna münaqişəsi ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, bu münaqişənin kök səbəblərinin aradan qaldırılması ilə bağlı olan bir elementdir. Biz nəinki Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən “çuqun” hüquqi təminatlar axtaracaq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik”, – deyə Qruşko “Rossiya 24” telekanalının efirində bildirib.

Qeyd edək ki, Ukraynanın NATO-ya üzv olmaqdan imtinası ilə yanaşı, prezident Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün şərt kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən çıxarılmasını da tələb edir

//Samir Qurbanov, Editor.az