“Moskva ümid yerini Qarabağdakı separatçılarda görür”-AÇIQLAMA  backend

“Moskva ümid yerini Qarabağdakı separatçılarda görür”-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya regionda gərginlik ocaqlarının qalmasında kifayət qədər maraqlıdır. Bununla da Rusiyanın ən  böyük məqsədlərindən biri Cənubi Qafqazda mövcudluğunu genişləndirməkdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, daim Ermənistandan alət kimi istifadə edən Rusiya Sorosçuların Ermənistanda hakimiyyətə gəlməsindən sonra təsir imkanlarını daha da artırmağı planlaşdırır: “İndiki hakimiyyətin Fransa və Qərb imperialistlərinin əlində oyuncağa çevrildiyini, eyni zamanda, Rusiyaya qarşı səmimi münasibət həyata keçirmədiyinin fərqində olan Moskva ümid yerini Qarabağdakı separatçılarda görür. Ona görə də Rusiya Qarabağda Vardaryan kartından istifadə etməyə, eyni zamanda, separatçılıq meyillərini gücləndirməyə çalışır. 10 noyabr bəyanatının imzalanmasından 2 il keçməsinə baxmayaraq bu günə qədər heç bir şərtlərin yerinə yetirilmədiyinin şahidi oluruq. Xankəndi və ətraf ərazilərdən məcburi köçkün düşmüş azərbaycanlıların geriyə qayıdışı ilə bağlı hər hansı ifadəyə rast gəlməmişik. Rusiyanın Azərbaycana qarşı münasibətlərinin də nə qədər qeyri-səmimi olduğu ortaya çıxdı. Qarabağda öz maraqlarını gücləndirməklə narahatçılığı təşviq etməyə, sülhməramlıların 5 illik müddətini artırmağa və bölgədə gərginlik ab-havasının qalmasında maraqlıdır”.
 
//Safura Bənnayeva, Editor.az