Vaşinqtonun bir neçə aydır Ukrayna ilə Rusiyadakı hədəflərə zərbələr endirmək üçün istifadə etdiyi kəşfiyyat məlumatlarını paylaşması ilə bağlı Rusiya ABŞ-a sorğu göndərib.
Bunu xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Moskva Britaniya nəşrinin hesabatını nəzərə alıb: “Mən öz işçilərimə göstəriş vermişəm ki, mətbuatın xəbərləri ilə bağlı amerikalılardan şərh tələb etsinlər”, – deyən Rusiya xarici işlər naziri bu cür məlumatların hamısının təsdiqini tapmadığını, lakin bu cür xəbərlərin yoxlanılma tələb etdiyini vurğulayıb.
Lavrov aydınlaşdırıb ki, sorğu bir neçə gün əvvəl, məqalənin dərcindən az sonra göndərilib.
Lavrov daha əvvəl “Tomaqavk” raketlərinin Ukraynaya çatdırılmasının nəticələrindən danışıb.
//Samir Qurbanov, Editor.az

