Moskva Vaşinqtonu qorxudur: münasibətlərin yaxşılaşmasına zərər verəcəkbackend

Moskva Vaşinqtonu qorxudur: münasibətlərin yaxşılaşmasına zərər verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sanksiyalar Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşmasına zərər verəcək.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. O, “Bloomberg”in Moskvanın sülh müqaviləsini rədd etməsi halında Vaşinqtonun yeni sanksiyalar layihəsi hazırladığı barədə xəbərini şərh edərkən deyib: “Məlumdur ki, bu cür planlar Vaşinqtondakı bir sıra ofislərdə mövcuddur. İstənilən sanksiyalar zərərlidir, münasibətlərin yaxşılaşmasına zərər verir. Bu, göz qabağındadır”, – deyə Kremlin sözçüsü jurnalistlərə bildirib.

“Bloomberg” mənbələri ABŞ Maliyyə Naziri Skott Bessentin bu həftənin əvvəlində Avropa səfirləri ilə Rusiyaya qarşı yeni sanksiyalar layihəsini müzakirə etdiyini bildirib. Nəşrin məlumatına görə, tədbirlər həftənin sonuna qədər açıqlana bilər. Sanksiyalar enerji sektoruna, Rusiyanın “kölgə donanmasına” və məhdudiyyətləri aşaraq Rusiya neftinin tədarükündə iştirak edən vasitəçilərə təsir göstərəcək.

//Samir Qurbanov, Editor.az