Moskva və Leninqrada doğru uçan dronlar vurulub – Rusiya Federasiyasının Müdafiə Nazirliyibackend

Moskva və Leninqrada doğru uçan dronlar vurulub – Rusiya Federasiyasının Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 18-nə keçən gecə Moskva vilayətinin (RF) Podolsk rayonunda partlayış səsləri eşidilib.

Editor.az bildirir ki, Moskva meri Sergey Sobyanin Telegram-da pilotsuz təyyarənin vurulduğunu bildirib.

O, pilotsuz təyyarənin Moskvaya doğru uçduğunu iddia edib. İlkin məlumatlara görə, qalıqların düşdüyü yerdə dağıntı və tələfat olmayıb. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirir ki, təkcə Moskva vilayətinə deyil, həm də Leninqrad vilayətinə də hücum edilib. Burada da pilotsuz uçan aparat vurulub.

Rusiya Müdafiə Nazirliyi hücumu Ukrayna ilə əlaqələndirib. “Meduza” Telegram-da qeyd edir ki, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Leninqrad vilayəti üzərində pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat yayıb. “Astra” nəşri Moskva vaxtı ilə gecə yarısı Podolskda baş verən partlayışın videosunu dərc edib.

//Samir Qurbanov, Editor.az