Bazar ertəsi, avqustun 12-nə keçən gecə Moskva vilayətində Rusiya hərbi aerodromuna pilotsuz uçuş aparatları tərəfindən hücum edilib.
Rusiyanın Teleqram kanalları hava hücumundan müdafiənin Moskva vilayətində Ukrayna pilotsuz təyyarələrinin hücumunu dəf etdiyini bildirir. Şçelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib.
PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən “Çkalovski” hərbi aerodromu olub. Kanallardan birinin məlumatına görə, pilotsuz təyyarələr aviabazanın ərazisində vurulub.
//Samir Qurbanov, Editor.az