Moskva vilayətində streteji əhəmiyyətli zavod yanıbbackend

Moskva vilayətində streteji əhəmiyyətli zavod yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində elektrik malları istehsal edən fabrikdə irimiqyaslı yanğın baş verib.

Müvafiq kadrlar hadisə şahidləri tərəfindən sosial şəbəkələrdə yayımlanıb. Yanğın Moskva vilayətinin Xotkovo şəhərindəki “Elektroyzolit” zavodunun sexlərindən birini əhatə edib.

Bu müəssisə sənayenin ən böyük müəssisələrindən biridir, izolyasiya materialları istehsal edir. Yerli prokurorluğun məlumatına görə, yanğın təxminən 3000 kvadratmetr ərazini əhatə edib. Rusiya Fövqəladə Hallar Nazirliyi yalnız 150 kvadratmetr sahədə açıq yanma olduğunu iddia edir. 10 nəfər binadan çıxarılıb, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az