Moskva vilayətində ukraynalı müğənni həps olundu və…backend

Moskva vilayətində ukraynalı müğənni həps olundu və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində CM-nin 282-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə (ekstremizm) təqsirləndirilən 25 yaşlı Ukrayna vətəndaşı barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə Editor.az “RİA Novosti”yə istinadən məlumat verir.
İstintaq Komitəsinin regional baş idarəsinin nümayəndəsi Olqa Vradiy tərəfindən yayılan həmin məlumata görə, söhbət daha əvvəl Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı açıqlamalarına görə üzr istəyən müğənni və bloger İqor Levçenkodan gedir.

Fevralın 24-də təqsirləndirilən şəxs İnstaqramda öz iştirakı ilə video yerləşdirib. Videoda Rusiya hərbçilərinə qarşı nifrət və düşmənçiliyin qızışdırılması əlamətləri, zorakılıq və rus əsgərlirinin öldürülməinə təhrik edən motivlər əksini tapıb.
İstintaq Komitəsinin əməkdaşları müəyyən ediblər ki, video yayımlanan zaman şübhəli şəxs Krasnoqorskdakı mənzilində olub və elə burada saxlanılıb. Dindirilmə zamanı o, günahını etiraf edib və bağışlanmasını istəyib. Bundan sonra bloqqer evə buraxılıb.

Editor.az