Rusiya Müdafiə Nazirliyi “Moskva” raket kreyserinin yandığını təsdiqləyib.
Lakin onlar yanğının əsl səbəbi barədə məlumat verməyərək, hadisənin “sursat partlaması” nəticəsində baş verdiyini deyiblər.
Bu barədə Editor.az “RİA Novosti”yə istinadən məlumat verir. Həmin məlumata görə, “Moskva raket kreyserində sursat partlayıb, yanğın baş verib və gəmiyə ciddi ziyan dəyib. Ekipaj tamamilə təxliyə edilib, yanğının səbəbləri araşdırılır”. Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında rəsmi Kiyev Ukraynanın gəmi əleyhinə “Neptun” raketlərinin Rusiya Federasiyasının Qara Dəniz Donanmasının “Moskva” raket kreyserini vurduğunu bildirmişdi. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın 4 texniki gəmisi “Moskva”nın köməyinə gəlsə də, yanğını söndürmək mümkün olmayıb. Hadisə “Zmeinıy” adasından təxminən 20 dəniz mili uzaqlıqdakı ərazidə baş verib.
Editor.az

