Moskva yaxınlağındakı aerodrom ərazisində yanğın başlayıb-FOTObackend

Moskva yaxınlağındakı aerodrom ərazisində yanğın başlayıb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-nə keçən gecə Moskva yaxınlığındakı Şelkovoda ciddi yanğın başlayıb və internetdə müvafiq fotoşəkillər yayılıb.

Editor.az Rusiyanın Teleqram kanallarına istinadən bildirir ki, şəhərin cənub-şərq kənarında yerləşən Çkalovski aerodromunun ərazisində yanğın baş verdiyini bildirib.

Şəkillərdə səmaya qalxan böyük bir tüstü sütunu görünür. “Sokolovskayadakı sənaye zonasının arxasında nəsə güclü şəkildə yanır” mesajlarından birində deyilir.

Eyni zamanda, “Diqqət, Xəbərlər” Telegram kanalı yazır ki, yerli sakinlər “Zaqoryanskinin daça kəndində iki mərtəbəli fərdi evdə yanğın tüstüsü gördüyünü” iddia ediblər. Nə yerli hakimiyyət orqanları, nə də Fövqəladə Hallar Nazirliyi baş verənlərlə bağlı şərh verməyib.

//Samir Qurbanov, Editor.az