Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunubbackend

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil olunub.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsinin müasir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Səfir bildirib ki, uzun illərdən sonra ilk dəfədir ki, Azərbaycan dövlət bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə qeyd edir:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Vətənimizin işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində müşahidə etdiyimiz mühüm nailiyyətləri sizinlə bölüşməyə bilmərəm. Bu gün Qarabağ və Şərqi Zəngəzur regionlarının dirçəlişi Azərbaycan xalqının milli ideyasının mühüm elementlərinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə hazırda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir.

Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan sülh sazişi bağlamaq üçün real imkanlara malikdir. Mən də hər bir azərbaycanlı kimi, səmimi qəlbdən ümid edirəm və inanıram ki, Vətənimin bütün nailiyyətləri yalnız uzun bir yolun başlanğıcıdır və bütün çətinliklərə baxmayaraq, Azərbaycan bundan sonra da sülh gündəmini qətiyyətlə təbliğ edəcəkdir”.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafını qeyd edib:

“Biz səmimi qəlbdən şadıq ki, liderlərimiz – Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş razılaşmalar əsasında qarşılıqlı fəaliyyətimiz, tərəfdaşlığımız bütün sahələrdə mütərəqqi şəkildə inkişaf edir. Bura siyasi dialoq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət də daxildir. Bunlar bizim çoxşaxəli ticarət-iqtisadi, mədəni-humanitar əlaqələrimizdir. Bu əlaqələrə əlavə təkan İlham Əliyevin bu il Moskvaya səfəri oldu”.

Tədbir mədəni proqramla davam edib.