Moskvada azərbaycanlı iş adamlarına məxsus obyekt təcili boşaldılıbbackend

Moskvada azərbaycanlı iş adamlarına məxsus obyekt təcili boşaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Yevropeyski” Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Məlumata görə, paytaxtın mərkəzində, “Kiyev” vağzalının yaxınlığında yerləşən ticarət və əyləncə mərkəzi bomba qoyulması təhlükəsi ilə təxliyə edilib.

Mütəxəssislər partlayıcı maddələrin olub-olmadığını müəyyən etmək üçün binaya tam baxış keçirirlər.

Qeyd edək ki, “Yevropeyski” TƏM azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsusdur.