Moskvada “Bakı günləri” keçiriləcəkbackend

Moskvada “Bakı günləri” keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya paytaxtında Bakı Günlərinin keçirilməsi planlaşdırılır.

Editor.az bildirir ki, bu barədə Moskva Beynəlxalq Əlaqələr Departamentinin nümayəndəsi Vyaçeslav Manuilov məlumat verib. Bununla bağlı danışıqlar qarşıdan gələn COP29 çərçivəsində aparılacaq və onlarda Moskva meriyasının nümayəndə heyəti iştirak edəcək.

Tədbir zamanı Bakının tarixi və mədəniyyəti ilə bağlı sərgilər, konsertlər və digər mədəni tədbirlər keçiriləcək.
Xatırladaq ki, COP29 konfransının keçirilmə tarixləri 2024-cü il noyabrın 11-dən noyabrın 22-dəkdir.

//Samir Qurbanov, Editor.az