Moskvada bomba sığınacaqlarının hazırlanmasına başlanılıbbackend

Moskvada bomba sığınacaqlarının hazırlanmasına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva hakimiyyəti yerli sakinlər üçün bomba sığınacaqlarının hazırlanmasına başlayıb.

Editor.az bu barədə “Sirena” Telegram kanalına istinadən xəbər verir. Xəbərə görə, “Moskvanın bəzi yaşayış binalarında zirzəmilər bomba sığınacaqlarına çevrilir – orada evakuasiya və “siqnal çamadanları”nın yığılması ilə bağlı təlimatlar asılıb. Bu evlərdən birinin ünvanı Çertanovskaya -13-dür, gedib baxa bilərsiniz”, – mesajda deyilir.

Eyni zamanda, Dövlət Satınalmalarının saytında Kremlin yanında Mərkəzi Klinik Xəstəxana üçün bomba sığınacağının layihələndirilməsi üçün müqavilənin yer aldığı da bildirilir. Otaq 800 nəfər üçün nəzərdə tutulur, partlayış və radiasiyadan qorumalıdır. Müqavilə mayın 24-də bağlanıb.

  //Samir Qurbanov,Editor.az