Aprelin 22-25-də Rusiyanın paytaxtı Moskvada “Böyük Vətən müharibəsində və İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Editor.az xəbər verir ki, konfransın məqsədi Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi tarixinə əlaqələndirilmiş elmi yanaşmalar hazırlamaq, tarixi təhrif etmək cəhdlərinə, ksenofobiyanın artmasına və nasist ideologiyasının ağartılmasına qarşı mübarizə aparmaqdır.
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri, Asiya, Afrika, Qərbi və Şərqi Avropadan 40-dan çox akademikin iştirak edəcəyi konfransda İkinci Dünya Müharibəsi ilə bağlı tədqiqatlarla bağlı mövzular müzakirə olunacaq. Onların arasında bütün MDB ölkələrinin tarix institutlarının rəhbərləri ilə yanaşı, Çin, Hindistan, Monqolustan, İran, İndoneziya, Cənubi Afrika Respublikası, Bolqarıstan və Serbiyanın aparıcı tarixçiləri də olacaq.
Konfransda ilk dəfə olaraq Sovet İttifaqı xalqlarının Böyük Vətən Müharibəsində Qələbəyə töhfəsinə dair bütün MDB ölkələri tərəfindən hazırlanmış birgə tədqiqat təqdim olunacaq.
//Gülnarə Abasova, Editor.az