Rusiya paytaxtında yenidən genişmiqyaslı yanğın baş verib. Sentyabrın 8-nə keçən gecə Moskvada Rusiya Federasiyası Federal Gömrük Xidmətinin binası yanıb.
Editor.az bildirir ki, bu barədə Rusiyanın “Diqqət, Moskva” teleqram kanalı məlumat yayıb. Şəhər üzərində qalın tüstünün görüntüləri də yayımlanıb. “Moskvanın şərqində yanğın.
Novogireevo ərazisində böyük qara tüstü sütunu, Kuskovskaya küçəsində yanğın görünür. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə barədə xəbər Federal Gömrük Xidmətinin yerləşdiyi binadan daxil olub”, – bəyanatda deyilir.
Qeyd olunur ki, yanğın yerində partlayış səsləri eşidilir. “Novogireevoda yanğın yerində partlayış səsləri eşidilir. Ehtimal olunur ki, anbarlar yanır, yanğın sahəsi dəqiqləşdirilir”, – teleqram kanalının müəllifləri yazıblar.
//Samir Qurbanov, Editor.az